satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox insan yaralanıb

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox insan yaralanıb

Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox yaralı var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Hindustan Times" Cənub-Şərqi Dəmiryolunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Aditya Kumar Çoudxariyə istinadən yazır.

“Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb”, - o deyib.

Nəşrin məlumatına görə, hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunur. Xəstəxanaya yerləşdirilən yüzə yaxın insanın səhhətinin vəziyyəti ağır qiymətləndirilir.

Hindistan Dəmir Yolları Nazirliyi bildirib ki, artıq hadisə yerində bərpa işləri aparılır.

Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam baş verib. İlkin məlumata görə, üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM