satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu cəbhənin bir sıra istiqamətlərində irəliləyib

Ukrayna ordusu cəbhənin bir sıra istiqamətlərində irəliləyib

Ukrayna hərbçiləri Svatovsk rayonu (Luqansk vilayəti) istiqamətində Rusiya silahlı birləşmələrinə qarşı uğurla əks-hücuma keçərək 400 metrədək irəliləməyə nail olub.

Naxçıvan televiziyası “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Komandan cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.

Sırskinin sözlərinə görə, Rusiya ordusu qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçiblər.

General-polkovnik müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib.

Sırski həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib. Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM