satellite   Azerspace-1: 11135 H 30000

Stoltenberq: "Nümayişlərin təşkilatçıları İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar"

Stoltenberq: "Nümayişlərin təşkilatçıları İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar"

“İsveç Türkiyənin üçtərəfli memorandum çərçivəsində tələblərini yerinə yetirib və NATO-ya üzv olmaq hüququna malikdir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Konkret addımlar atılıb, qanunlar dəyişdirilib. Etiraf edirəm ki, İsveçdəki nümayişlər çətinliklər yaradıb. Sərbəst toplaşmaq azadlığı və ifadə azadlığı qorunmalı və ona hörmət edilməlidir. Lakin bu nümayişlərin təşkilatçıları İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar”,- o vurğulayıb.

Stoltenberq həmçinin qeyd edib ki, Prezident Ərdoğanla bugünkü görüşdə İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM