satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin xüsusi təyinatlı batalyonu Kosovoya gedib

Türkiyənin xüsusi təyinatlı batalyonu Kosovoya gedib

Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.

“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yaymışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM