satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə baş verən atışmada 7 polis yaralanıb

Türkiyədə baş verən atışmada 7 polis yaralanıb

Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb.

Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaraları alıblar.

Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM