satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Polşa ilə birlikdə PUA-ların istehsalına başlayır

Gürcüstan Polşa ilə birlikdə PUA-ların istehsalına başlayır

“Gürcüstan avqust-sentyabr aylarında Polşa ilə birlikdə yüzlərlə FLYEYE və WARMATE kamikadze pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Djuanşer Burçuladze “İmedi” telekanalının efirində bildirib. Onun sözlərinə görə, ilk Polşa-Gürcüstan pilotsuz uçuş aparatı artıq uğurla sınaqdan keçirilib.

Gürcüstanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının operatorlarının hazırlanacağı mərkəz açacaq. İstehsalın yaradılması haqqında sazişi Gürcüstanın “Delta International” şirkəti və Polşanın “WB Electronics” şirkəti imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM