satellite   Azerspace-1: 11135 H 30000

İranda 250-dən çox insan qum fırtınasından zərər çəkib

İranda 250-dən çox insan qum fırtınasından zərər çəkib

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində baş vermiş qum fırtınası nəticəsində bir gündə azı 253 nəfər zərər çəkib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.

“Bu gün saat 06:00-dan etibarən əyalətin tibb məntəqələrinə 253 nəfər müraciət edib. Onlardan azı 8 nəfəri mütəxəssislərin nəzarəti altında qalmalı olub”, - o deyib.

M.Mohebi həmçinin xəbərdarlıq edib ki, meteoroloji şəraitlə əlaqədar açıq havada sərf edilən vaxtı minimuma endirmək və yolda diqqətli olmaq tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM