satellite   Azerspace-1: 11135 H 30000

Çində “Talim” qasırğasına görə 230 min nəfər təxliyə edilib

Çində “Talim” qasırğasına görə 230 min nəfər təxliyə edilib

Sakit okean regionunda bu il dördüncü tropik qasırğa olan “Talim”in mümkün fəsadlarına görə Çində 230 min nəfər təxliyə edilib.

Naxçıvan televiziyası Çinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, təxliyə olunanlar Quandon vilayətinin sahil qəsəbələrinin sakinləridir. Qasırğa ilə əlaqədar Quandon vilayətində fövqəladə hazırlıq səviyyəsi 2-ci dərəcəyə yüksəldilib. Tədris və istehsal prosesi dayandırılıb, turizm, əyləncə-istirahət mərkəzləri bağlanıb, balıqçı gəmiləri sahilə geri çağırılıb.

Qasırğanın qonşu Quansi Cuan muxtar rayonunda da təsirli olacağı gözlənilir.

Qeyd edək ki, qasırğa Tayvan və Haynan adalarına, Honkonq xüsusi inzibati ərazisinə, habelə Çinin cənub sahillərinə leysan və güclü külək gətirib. Bu səbəbdən gəmi, qatar və təyyarə səfərləri ləğv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM