satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında sazişlər imzalanıb

Türkiyə Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında sazişlər imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz turu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə sazişlər imzalanıb.

Naxçıvan televiziyası “TRT Haber”ə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündən sonra sazişlər imzalanıb. Sazişlər birbaşa investisiyalar, müdafiə sənayesi, enerji, müdafiə və rabitə sahələrini əhatə edib.

Rəcəb Tayyib Ərdoğan daha sonra Birləşmiş Ərəb Əmirliklərinə gedib.

Xatırladaq ki, Türkiyə Prezidenti daha əvvəl Qətər Dövlətində olub və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Səfər çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi münasibətilə xarici işlər nazirləri tərəfindən birgə bəyanat imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM