satellite   Azerspace-1: 11135 H 30000

Kəbənin örtüyü yenilənib

Kəbənin örtüyü yenilənib

Kəbənin köhnə örtüyü, hər il olduğu kimi, çıxarılaraq yenisi ilə əvəzlənib.

Naxçıvan televiziyası Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, dəyişdirmə işləri xüsusi qrup tərəfindən həyata keçirilib.

Ümumilikdə 45 hissədən ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində motiv və xətlər üçün işlənən 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən ibarətdir.

Kəbənin örtüyü ənənəvi olaraq hər hicri ilinin birinci günü, məhərrəm ayının 1–də dəyişdirilir. Örtük Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən hazırlanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM