satellite   Azerspace-1: 11135 H 30000

Blinken: ABŞ Rusiyaya qarşı daha 120 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

Blinken: ABŞ Rusiyaya qarşı daha 120 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək, daha 120 nəfərə və təşkilata məhdudiyyətlər tətbiq edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə cümə axşamı ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, mövcud məhdudiyyətlər digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynada müharibəni davam etdirmək qabiliyyətini zəiflətməyə yönəlib. “Bu sanksiyalar Rusiyanın kritik materiallara çıxışını məhdudlaşdıracaq, onun enerji istehsalı və ixrac imkanlarına mane olacaq, beynəlxalq maliyyə sistemindən istifadəsini azaldacaq və yan keçənləri (red. - ABŞ-ın əvvəlki məhdudiyyətlərindən) hədəfə alacaq”, - Blinken bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM