satellite   Azerspace-1: 11135 H 30000

İƏT İraqın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı edilən hərəkəti pisləyib

İƏT İraqın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı edilən hərəkəti pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraqın İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”in tapdalanmasını pisləyib.

Naxçıvan televiziyası Anadolu agentliyinə istinadən xəbər verir ki, İƏT-in baş katibi Hüseyn İbrahim Taha tərəfindən edilən yazılı açıqlamada təxribat xarakterli hərəkət pislənilib və bu cür hadisələrdən dərin məyusluq ifadə olunub. Bəyanatda, həmçinin İsveç hakimiyyəti bu cür halların qarşısını almağa çağırılıb.

Xatırladaq ki, İsveçdə dini kitablara qarşı bir neçə dəfə bu cür hörmətsizlik edilib. İslam ölkələrinin çağırışlarına baxmayaraq, hadisəni törədən şəxslərə qarşı heç bir tədbir görülməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM