satellite   Azerspace-1: 11135 H 30000

Dünya əhalisinin 60 faizi sosial medianın aktiv istifadəçisidir

Dünya əhalisinin 60 faizi sosial medianın aktiv istifadəçisidir

Təxminən beş milyard insan və ya dünya əhalisinin 60 faizi sosial medianın aktiv istifadəçisidir.

Naxçıvan televiziyası xəbər verir ki, Kepios rəqəmsal konsaltinq firmasının araşdırmasına görə, 2022-ci ildən bəri sosial şəbəkə istifadəçilərinin sayı 3,7 faiz artaraq bütün internet auditoriyasının sayına (5,19 milyard nəfər) yaxınlaşıb. İstifadəçilərin sosial mediada keçirdikləri vaxt da artaraq gündə orta hesabla 2 saat 26 dəqiqəyə çatıb.

Bildirilir ki, sosial şəbəkələrdə ən çox vaxt keçirən 16-24 yaş arasında qadınlardır, 55-64 yaşlı kişilər isə ən az aktivdir.

İnsanların sosial şəbəkələrdə keçirdikləri vaxt regionlara görə dəyişir. Belə ki, Şərqi və Mərkəzi Afrikada hər 11 nəfərdən yalnız biri sosial şəbəkə istifadəçisidir. Hazırda dünyanın ən çox əhalisi olan Hindistanda isə hər üç nəfərdən biri sosial mediadan istifadə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM