satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə meşələrin yandırılması təlimatını verən terrorçu İraqda məhv edilib

Türkiyədə meşələrin yandırılması təlimatını verən terrorçu İraqda məhv edilib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının rəhbər şəxslərindən biri olan Özgür Alparslan məhv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, 2021-ci ildə Türkiyənin Antalya əyalətinin Manavgat rayonunda, Muğla, Mersin və Hatayda 150 min hektardan çox ərazidə meşə yanğınlarının törədilməsi ilə bağlı təlimatlar verib. PKK-nın Türkiyə üzrə “başçısı” sayılan, “Özgür Şoreş” kod adlı Özgür Alparslan bu kimi cinayətləri törətmək üçün “atəşin uşaqları” qruplaşmasını da yaradıbmış.

Məlumata görə, MİT İraqın şimalında yerləşən Garada keçirdiyi antiterror əməliyyatı nəticəsində onu zərərsizləşdirib.

O, beynəlxalq axtarışda olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM