satellite   Azerspace-1: 11135 H 30000

Blinken: Qərb Ukrayna taxılının digər marşrutlar üzrə ixrac variantlarını araşdırır

Blinken: Qərb Ukrayna taxılının digər marşrutlar üzrə ixrac variantlarını araşdırır

Taxıl müqaviləsinə xitam verildikdən sonra Qərb ölkələri Ukraynadan dünya bazarlarına ərzaq ixracı variantlarını araşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə cümə günü Aspen İnstitutunun illik təhlükəsizlik forumunda ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

“Biz müttəfiqlərlə, tərəfdaşlarla işləyirik. Variantları tapmaq üçün Ukrayna ilə də işləyirik. Amma qeyd etməliyəm ki, taxıl müqaviləsinin başa çatması ilə itirdiyimiz həcmləri (ərzaq tədarükü) başqa marşrutlar hesabına kompensasiya etmək mümkün olmayacaq”, - deyə Blinken vurğulayıb.

Eyni zamanda o, müqaviləyə xitam verildikdən sonra gəmilərin sığortalanması ilə bağlı çətinlikləri də qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM