satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda qatar qəzasında xəsarət alanların sayı 90-a çatıb

Pakistanda qatar qəzasında xəsarət alanların sayı 90-a çatıb

Pakistanın cənubunda baş verən qatar qəzası nəticəsində xəsarət alanların sayı 90 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Polis xilasetmə əməliyyatının başa çatdığını elan edərək, ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu qeyd edib.

Pakistan dəmir yolları naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb. Qəzanın texniki nasazlıq və ya təxribat nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM