satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, 4 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Bursa əyalətində minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində bir ailənin 3 üzvü olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, Bursanın Karacabey rayonunda yol kənarında dayanan yük maşınına minik avtomobili çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, həyat yoldaşı, qızı və daha bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Məlumata görə, yol kənarında dayanan TIR-ın sürücüsü yatıbmış.

Hadisə yerinə xilasedicilər, polis əməkdaşları cəlb edilib.

Qəzanın səbəbi araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM