satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Türkiyə hökumətinin iclası olacaq

Bu gün Türkiyə hökumətinin iclası olacaq

Bu gün Türkiyə hökumətinin iclası olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda daxili və xarici siyasət məsələləri müzakirə ediləcək.

Naxçıvan televiziyası “TRT Haber”ə istinadla xəbər verir ki, xarici siyasətlə bağlı mövzulardan biri Rusiya Prezidenti Putinin Türkiyəyə səfəri olacaq. İclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma məsələsi də yer alacaq. Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq, habelə İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar, terrorizmlə mübarizə məsələləri də əsas müzakirə mövzularından olacaq.

Bundan əlavə, Kahramanmaraşdakı zəlzələdən sonra 6 ay ərzində vilayətdə görülmüş işlər barədə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM