satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də helikopterlər toqquşub, 3 nəfər ölüb

ABŞ-də helikopterlər toqquşub, 3 nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatında yanğınsöndürmə işlərinə cəlb olunan 2 helikopter toqquşub.

Naxçıvan televiziyası CNN-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya Yanğından Mühafizə Xidmətinin regional nümayəndəsi Devid Fulçera məlumat verib.

"Yanğınla mübarizə aparan zaman iki helikopter toqquşub. Birinci helikopter yaxınlıqda təhlükəsiz eniş edə bilib. Təəssüf ki, ikinci helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb", - o bildirib.

Onun sözlərinə görə, həlak olanlar pilot, kapitan və Yanğından Mühafizə Xidmətinin şöbə rəisidir.

Yanğının söndürülməsində ümumilikdə 6 helikopter iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM