satellite   Azerspace-1: 11135 H 30000

BMT rəsmisi Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı toplantıda iştirak edib

BMT rəsmisi Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı toplantıda iştirak edib

“Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı keçirilən toplantıda iştirak edib”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.

Ciddədəki danışıqlar iki gün davam edib. Toplantı krallığın vəliəhd şahzadəsi, Rusiya və Ukrayna ilə təmasda olan Məhəmməd bin Salmanın təşəbbüsü ilə təşkil edilib.

Ukrayna münaqişəsinin nizamlanması üzrə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqların iştirakçıları məsləhətləşmələri və fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM