satellite   Azerspace-1: 11135 H 30000

Blinken: “Gürcüstan xalqı Rusiyaya görə əziyyət çəkir”

Blinken: “Gürcüstan xalqı Rusiyaya görə əziyyət çəkir”

ABŞ Dövlət Departamenti Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Naxçıvan televiziyası bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ Rusiyaya 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün təzyiq edəcək.

ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edən bəyanatla çıxış edib.

Bəyanatda deyilib ki, 15 il əvvəl Rusiya suveren Gürcüstan dövlətinə təcavüz edərək onun ərazisinin 20 faizini işğal edib: “Birləşmiş Ştatlar Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyir. Rusiyanın hərəkətləri bu münaqişədən əziyyət çəkən insanların həyatını həmişəlik dəyişdi”.

Vurğulanıb ki, Rusiyanın işğal zamanı hərəkətləri, o cümlədən Kremlin amansız dezinformasiya kampaniyaları və əhalinin kütləvi köçkünlüyü hələ də misilsiz iztirablara səbəb olur: “Ukraynada olduğu kimi, Gürcüstan xalqı da Rusiyanın beynəlxalq hüquqa hörmətsizliyinin və qonşularına hakim olmaq istəyinin nəticələrindən əziyyət çəkir.

Rusiya da Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının qondarma müstəqilliyini tanımaqdan imtina etməlidir. Bu tədbirlər yüz minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını və ləyaqətlə yaşamasını təmin etmək üçün vacibdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM