satellite   Azerspace-1: 11135 H 30000

Nigerdəki hərbi rejim BMT, ECOWAS və Afrika İttifaqı nümayəndələrini ölkəyə buraxmayıb

Nigerdəki hərbi rejim BMT, ECOWAS və Afrika İttifaqı nümayəndələrini ölkəyə buraxmayıb

Nigerdəki hərbi rejim BMT, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) və Afrika İttifaqı nümayəndələrinin ölkəyə girişinə icazə verməyib.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı “Al Jazeera” telekanalı yayıb.

Qeyd edək ki, Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) nümayəndələri Nigerdəki üsyançılara ultimatum təqdim edərək, onları avqustun 6-dək devrilmiş prezident Məhəmməd Bazuma hakimiyyəti qaytarmağa çağırıblar.

Xatırladaq ki, Nigerdə ​​üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar həmçinin partiyalara hər hansı siyasi fəaliyyət göstərməyi qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını və iyulun 28-də general Abdurahman Çianini Nigerin yeni lideri elan ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM