satellite   Azerspace-1: 11135 H 30000

İmran Xana 5 illik siyasi qadağa qoyulub

İmran Xana 5 illik siyasi qadağa qoyulub

Dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.

Naxçıvan televiziyası Pakistan mediasına istinadən xəbər verir ki, Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.

Qeyd edək ki, sözügedən cinayət işi çərçivəsində İmran Xan 3 il həbs cəzası alıb.

Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM