satellite   Azerspace-1: 11135 H 30000

Aleksandr Vuçiç: Ukrayna Kosovonun müstəqilliyini tanısa, hər şeyini itirəcək

Aleksandr Vuçiç: Ukrayna Kosovonun müstəqilliyini tanısa, hər şeyini itirəcək

Rəsmi Kiyev Kosovonun müstəqilliyini tanısa, dərhal hər şeyini itirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç respublikanın baş naziri Ana Brnabiçlə birgə mətbuat konfransı zamanı deyib.

Vuçiç jurnalistlərin Kosovonun müstəqilliyinin Kiyev tərəfindən mümkün tanınması ilə bağlı sualını cavablandırarkən söyləyib: “Ukrayna bizim üçün dost ölkədir, bizim Ukrayna ilə heç vaxt münaqişəmiz və ya problemimiz olmayıb. Ümid edirəm ki, olmayacaq da”.

Xatırladaq ki, Kosovo 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqilliyini elan edib və son illərdə UNESCO və İnterpola daxil olmaqla beynəlxalq təşkilatlara fəal şəkildə qoşulmağa çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM