satellite   Azerspace-1: 11135 H 30000

BMT rəsmisi: Rusiya-Ukrayna müharibəsində 9 300-dən çox ukraynalı dinc sakin həlak olub

BMT rəsmisi: Rusiya-Ukrayna müharibəsində 9 300-dən çox ukraynalı dinc sakin həlak olub

BMT-nin məlumatına görə, 2022-ci ilin fevralından bu yana davam edən Rusiya-Ukrayna müharibəsində 9 300-dən çox ukraynalı dinc sakin həlak olub, 16 600 nəfər yaralanıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında deyib.

BMT rəsmisi çərşənbə axşamı Rusiyanın Ukraynaya qarşı bir gecədə ən azı 7 (daha sonra bu rəqəmin 9-a çatdığı açıqlanıb - red.) nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən aviazərbələri ilə bağlı BMT baş katibinin narahatlığını dilə gətirib: "BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bölgədə vəziyyətin hər keçən gün daha da ağırlaşdığını bildirib. Rusiyanın dünən Donetsk vilayətində yaşayış binalarına və digər mülki yerlərə endirdiyi son zərbələrin nəticəsində dinc sakinlər həlak olublar. Rusiyanın Ukraynada davam etdirdiyi hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM