satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada zavodda partlayış olub, yaralananlar var

Rusiyada zavodda partlayış olub, yaralananlar var

Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda partlayış olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlkin məlumata görə, 6 nəfər yaralanıb.

Hadisənin şəraiti və səbəbi araşdırılır.

Qeyd edək ki, Zaqorsk Optik-Mexaniki zavod 1935-ci ildən fəaliyyət göstərir. Müəssisə hüquq-mühafizə orqanları, sənaye, səhiyyə sahələrinə və opto-elektronik cihazlar istehsal edir. Zavod Rusiya optik sənayesinin əfsanəvi müəssisəsi sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM