satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin dövlət katibi “Taxıl sazişi”nin bərpası ilə bağlı Rusiyaya çağırış edib

ABŞ-nin dövlət katibi “Taxıl sazişi”nin bərpası ilə bağlı Rusiyaya çağırış edib

ABŞ-nin dövlət katibi Antoni Blinken "Taxıl sazişi”nin bərpa olunması ilə bağlı Rusiyaya çağırış edib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, dünya bazarında taxılın qiyməti 10-15 faiz artıb: “Dünya Rusiyanın “Taxıl sazişi”nə qayıtmasını istəyir”.

Onun sözlərinə görə, Rusiya Ukraynada müharibəyə başlamasaydı və taxıl ixracına imkan verən limanları bağlamasaydı, sazişə ehtiyac olmazdı.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM