satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya Fransa ilə bağlanan müqaviləni ləğv edib

Rumıniya Fransa ilə bağlanan müqaviləni ləğv edib

2019-cu ildə 4 hərbi gəmi üçün Rumıniya ilə Fransa arasında imzalanan müqaviləyə Fransa əməl etmədiyinə görə Rumıniya korvetlərin tədarükünü ləğv edib.

Naxçıvan televiziyası xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi müqavilənin imzalanması üçün son müddəti 2022-ci ilə qədər uzatmağı təklif etsə də, fransızlar buna əhəmiyyət verməyiblər. Nəhayət müqaviləni imzalamaq üçün fransız şirkətinə edilən xəbərdarlığa cavab ala bilməyən Rumıniya hökuməti 2019-cu ildə bağladığı korvet müqaviləsini ləğv etmək qərarına gəlib. Rumıniya səlahiyyətliləri tenderdə ikinci yeri tutan Niderlandın Damen Gəmiqayırma Zavodu ilə danışıqlara başlayacaq.

Beləliklə də Rumıniyanın xoşməramlı mövqeyinə baxmayaraq Fransanın vədinə əməl etməməsi müdafiə sənayesi sahəsindəki anlaşmanın məyusluqla bitməsinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM