satellite   Azerspace-1: 11135 H 30000

İsveç şirkəti Ukraynaya peyk internet terminalları verir

İsveç şirkəti Ukraynaya peyk internet terminalları verir

Peyklər vasitəsilə internetə qoşulmaq üçün terminallar hazırlayan İsveçin "Satcube" şirkəti Ukraynaya mobil və yerüstü şəbəkələrin sıradan çıxdığı ərazilərdə internet bağlantılarının təmin edilməsi üçün istifadə edilə bilən avadanlıqlar tədarük edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Dagens nyheter” qəzeti məlumat yayıb.

“Satcube” şirkətinin rəhbəri Yakob Kalmerinin sözlərinə görə, Ukraynaya ilk çatdırılmalar yayın əvvəlində həyata keçirilib.

“Satcube” terminalları saniyədə 70 meqabitə qədər sürət təmin edə bilir.

Qeyd edək ki, Ukrayna hərbi əməliyyatların başlanmasından bəri Starlink şəbəkəsinə qoşulan İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış 40 000-dən çox terminal alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM