satellite   Azerspace-1: 11135 H 30000

Polşa və Baltikyanı ölkələrin XİN rəhbərləri Belarusu yeni sanksiya ilə hədələyiblər

Polşa və Baltikyanı ölkələrin XİN rəhbərləri Belarusu yeni sanksiya ilə hədələyiblər

Estoniya, Latviya, Litva və Polşanın xarici işlər nazirləri Belarus Prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq hüququn pozulmasına görə yeni sanksiyalarla hədələyiblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Polşa Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.

Diplomatlar qeyd ediblər ki, Belarusun hərbi cinayətlərə və təcavüzə şərik olması regionda sabitliyin pozulmasına gətirib çıxarıb.

XİN başçıları 2022-ci ilin fevral ayından etibarən Lukaşenkonun Ukraynaya qarşı müharibədə Rusiyanı birbaşa dəstəklədiyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM