satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN: “İlin əvvəlindən regionda 995 terrorçu zərərsizləşdirilib”

Türkiyə MN: “İlin əvvəlindən regionda 995 terrorçu zərərsizləşdirilib”

“Türkiyə Silahlı Qüvvələrinin səyləri nəticəsində bu il regionda 995 terrorçu zərərsizləşdirilib”.

Naxçıvan televiziyası "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ankarada keçirdiyi brifinqdə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat müşaviri Zəki Aktürk deyib.

Onun sözlərinə görə, həm Türkiyə daxilində, həm də xaricdə milli təhlükəsizliyə təhdidlərə qarşı qətiyyətli mübarizə davam edir: "Təkcə son bir həftədə Türkiyə hərbçiləri İraq və Suriyanın şimalı da daxil olmaqla, 53 terrorçunu zərərsizləşdirib. Beləliklə, bu ilin əvvəlindən məhv edilmiş terrorçuların ümumi sayı 995-ə çatıb".

O bildirib ki, təkcə İraqın şimalında davam edən “Pençe-Kilit” əməliyyatı zamanı bu günə qədər 586 terrorçu zərərsizləşdirilib: “Türkiyə Silahlı Qüvvələri bu ərazi terrorçulardan tamamilə təmizlənənə qədər “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində genişmiqyaslı fəaliyyətlərini davam etdirəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM