satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada “Kanun” qasırğası səbəbindən 10 mindən çox insan təxliyə edilib

Cənubi Koreyada “Kanun” qasırğası səbəbindən 10 mindən çox insan təxliyə edilib

Cənubi Koreyada “Kanun” qasırğasının daşqın və torpaq sürüşməsinə səbəb olması nəticəsində 10 mindən çox insan təxliyə edilib.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadla xəbər verir ki, qasırğa ölkənin cənub-şərq sahillərindən quruya çatdıqdan sonra bəzi bölgələrdə, xüsusilə cənub və şimal sahillərində sel və torpaq sürüşmələri baş verib.

Qasırğa səbəbindən ölkənin 14 hava limanında 355 reys və 412 qatar reysi ləğv edilib, ümumilikdə 490 avtomobil yolu bağlanıb.

Səlahiyyətlilər 10 min 641 nəfərin sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını və ya təhsilin onlayn keçiriləcəyini açıqlayıb.

Digər tərəfdən ölkənin cənub-şərqindəki Daegu şəhərində güclü yağış və külək nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə itkin düşdüyü bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM