satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezident Ofisi: “Rusiyada partlayışlar daha tez-tez olacaq”

Ukrayna Prezident Ofisi: “Rusiyada partlayışlar daha tez-tez olacaq”

“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur.

Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək.

Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM