Ermənistan əsgəri Jora Zohrabi Karapetyan naməlum şəraitdə ölüb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onun aldığı güllə yarası nəticəsində öldüyü bildirilib.
Amma əsgərin hansı şəraitdə yaralanaraq ölməsi ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
