satellite   Azerspace-1: 11135 H 30000

Rusiya MN: Krıma dron hücumu olub

Rusiya MN: Krıma dron hücumu olub

Ukraynanın 20 dronu Krım yarımadasına hücum edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, 20 drondan 14-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində tələfat və dağıntıların olmadığı vurğulanıb.

Qeyd edək ki, Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını şərh etməyib.

Xatırladaq ki, daha öncə sosial şəbəkənin Rusiya seqmentində işğal altındakı yarımadada dronların uçduğuna, partlayış səslərinə dair videolar yayılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM