satellite   Azerspace-1: 11135 H 30000

Fransada koronavirusun yeni variantı sürətlə yayılır

Fransada koronavirusun yeni variantı sürətlə yayılır

Fransada koronavirusun omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılır.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Qeyd olunub ki, yoluxma halına daha çox kurort zonalarında rast gəlinir.

Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz artdığı bildirilib.

Həmçinin 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu vurğulanıb.

Alimlər yeni variantın ictimai riskinin o qədər də çox olmadığını düşünürlər.

Amma bununla yanaşı Erisin qlobal miqyasda yayıla bilməsi və yoluxma hallarının artması istisna edilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM