satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi işçilərə “Apple”dan işgüzar məqsədlər üçün istifadə etməyi yasaqlayıb

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi işçilərə “Apple”dan işgüzar məqsədlər üçün istifadə etməyi yasaqlayıb

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ABŞ-nin “Apple” korporasiyasının mobil cihazlarının xidməti məqsədlər üçün istifadəsini yasaqlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu nazir Maksut Şadayev “Rəqəmsal təkamül” forumunun kuluarlarında jurnalistlərə deyib.

“İşgüzar tətbiqlərə daxil olmaq və işgüzar yazışmalarına giriş üçün mobil cihazlardan, o cümlədən smartfon və planşetlərdən istifadəyə qadağa qüvvəyə minir. Əlavə məhdudiyyətlər tətbiq edilmir”, - nazir bildirib.

Onun sözlərinə görə, “iPhone” şəxsi məqsədlər üçün istifadə edilə bilər, lakin iş poçtuna və sənəd dövriyyəsinə daxil olmaq üçün “Apple” avadanlıqlarından istifadə etmək yasaqdır.

“Android” sistemində telefondan istifadə etmək mümkün deyilsə, o zaman o, poçt və sənəd dövriyyəsinə daxil olmaq üçün kompüter avadanlıqlarından istifadə etməli olacaq”, - Şadayev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM