satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ilk zond raketini kosmosa buraxıb

Türkiyə ilk zond raketini kosmosa buraxıb

Türkiyənin "Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi İğneadadan uğurla buraxılıb.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.

Qurum tərəfindən raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.

Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.

“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”, - deyə məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM