satellite   Azerspace-1: 11135 H 30000

Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib

 Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib

Antarktidada tədqiqatçılar 20 qolu və çiyələyə bənzər forması olan yeni növ dəniz canlısı aşkar ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, tədqiqatçılar bununla bağlı dərc etdikləri məqalədə Antarktida sahillərində tapılan dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağının olduğunu, rənginin bənövşəyi və tünd qırmızı arasında dəyişdiyini bildiriblər.

Yeni kəşf edilən dəniz canlısının altındakı qolların kobud və zolaqlı, yuxarıdakıların isə daha tüklü olduğu qeyd edilib.

Bildirilib ki, böyük ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın təxminən 19-1981 metr dərinliklərində yaşayır.

Qeyd edək ki, araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM