satellite   Azerspace-1: 11135 H 30000

Havay adalarında baş verən yanğında ölənlərin sayı 89 nəfərə çatıb

Havay adalarında baş verən yanğında ölənlərin sayı 89 nəfərə çatıb

Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Reuters" agentliyi ştatın qubernatoru Coş Qrinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğın ABŞ-də bir əsrdən artıq müddətdə baş vermiş bütün yanğınlar arasında ən çox insan itkisinə səbəb olub.

Daha əvvəl 80-ə yaxın insanın öldüyü bildirilirdi.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM