satellite   Azerspace-1: 11135 H 30000

Banqladeşdə danq qızdırmasından ölənlərin sayı 398-ə yüksəlib

Banqladeşdə danq qızdırmasından ölənlərin sayı 398-ə yüksəlib

Banqladeşdə son 24 saatda daha 11 nəfər danq qripindən həyatını itirib ki, bununla da ölkədə bu xəstəlikdən ölənlərin sayı 398-ə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) tərəfindən verilən açıqlamada, bu xəstəlikdən yalnız bir gündə 2 min 905 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ötən il ölkədə 281 nəfər danq qripindən dünyasını dəyişib.

Tropik və subtropik bölgələrdə müşahidə olunan danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM