satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “Krım körpüsünə hücumlar cavabsız qalmayacaq”

Rusiya XİN: “Krım körpüsünə hücumlar cavabsız qalmayacaq”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna ordusunun Krım körpüsünə endirdiyi zərbələr cavabsız qalmayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə teleqramda yazıb.

O, hadisəni terror aktı kimi qiymətləndirib:

“Krım körpüsü sırf mülki infrastruktur obyektidir və oraya hücumlar yolverilməzdir. Körpü keçən ilin payızından bu cür hücumlara məruz qalır. Bu isə mülki əhali arasında itkilərlə nəticələnir”.

M. Zaxarovanın sözlərinə görə, Qərbin külli miqdarda yardımına baxmayaraq, Ukrayna ordusu təmas xəttində vəziyyəti dəyişə bilmir.

XİN nümayəndəsi yazıb ki, bu addımlar cavabsız qalmayacaq.

Qeyd edək ki, M. Zaxarova daha əvvəl, avqustun 12-də də Krım körpüsünə hücumla bağlı Ukraynaya xəbərdarlıq etmişdi.

Xatırladaq ki, son vaxtlar Ukrayna ordusu Krıma intensiv hücumlar edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM