satellite   Azerspace-1: 11135 H 30000

Dağıstanda matəm elan olunub

Dağıstanda matəm elan olunub

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində benzindoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı tələfatla əlaqədar matəm elan olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dağıstanın başçısı Sergey Melikov məlumat verib.

Xatırladaq ki, avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı benzindoldurma məntəqəsində keçib və partlayış baş verib.

Hadisə nəticəsində 27 nəfər həlak olub, 100 nəfər xəsarət alıb. Ölənlərin üçü uşaqdır.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM