satellite   Azerspace-1: 11135 H 30000

Havay adalarında meşə yanğınlarında ölənlərin sayı 99 nəfərə çatıb

Havay adalarında meşə yanğınlarında ölənlərin sayı 99 nəfərə çatıb

Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin bildirib.

Onun sözlərinə görə, bu rəqəmin artacağı gözlənilir.

Daha əvvəl ölənlərin sayının 93-ə yaxın olduğu bildirilirdi. Son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Mauidə meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik şəhər olan Lahaina keçib və şəhər tamamilə yanıb. Havay adalarında baş verən yanğınlar ABŞ-də ötən əsrin ən ölümcül hadisəsi olub. Yanğınlar nəticəsində dəyən ziyanın 6 milyard dollar təşkil etdiyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM