satellite   Azerspace-1: 11135 H 30000

Fransanın cənubunda meşə yanğınları səbəbindən 3 mindən çox insan təxliyə edilib

Fransanın cənubunda meşə yanğınları səbəbindən 3 mindən çox insan təxliyə edilib

Fransanın cənubundakı Pireney-Şərq departamentinin Saint-Andre kommunası yaxınlığında yanğın baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransanın BFMTV xəbər kanalı yerli yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, 530 hektara yaxın ərazi yanıb, yaxınlıqda yaşayan 3000-dən çox insan təxliyə edilib.

Meşə yanğınının yayılmasının qarşısını almaq üçün 500-dən çox yanğınsöndürən, 13 təyyarə və 3 helikopter cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM