satellite   Azerspace-1: 11135 H 30000

Ekvadorda seçkilərə az qalmış daha bir siyasətçi öldürülüb

Ekvadorda seçkilərə az qalmış daha bir siyasətçi öldürülüb

Naməlum silahlı şəxslər Ekvadorun “Vətəndaş İnqilabı” müxalifət hərəkatının üzvü Pedro Brionesi Esmeraldas əyalətində güllələyiblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə siyasi qüvvədən prezidentliyə namizəd Luis Qonzales məlumat verib.

“Ekvador öz tarixinin ən qanlı dövrünü yaşayır. Zorakılıq dalğasının qurbanı Pedro Brionesin ailəsi ilə həmrəy olduğumu bildirirəm", - deyə o bildirib. Siyasətçi hazırkı hökuməti Ekvadorda təhlükəsizlik vəziyyətini pisləşdirməkdə ittiham edib.

“Expreso” qəzetinin məlumatına görə, ilkin məlumatlara görə, Briones ondan pul tələb edən dəstə üzvləri tərəfindən öldürülüb. Polis siyasətçinin başqa səbəblərdən təhdidlər alıb-almadığını yoxlayır.

Qeyd edək ki, bundan əvvəl avqustun 9-da Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencio seçkiqabağı kampaniyası çərçivəsində keçirdiyi görüşdən sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM