satellite   Azerspace-1: 11135 H 30000

Rusiya müdafiə naziri: “Ukraynanın hərbi resursları praktik olaraq tükənib”

Rusiya müdafiə naziri: “Ukraynanın hərbi resursları praktik olaraq tükənib”

“Ukraynanın hərbi resursları praktik olaraq tükənib”.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə XI konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin hərtərəfli yardımına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri nəticə əldə edə bilmir: “Döyüş əməliyyatları göstərir ki, Ukraynanın hərbi imkanları tükənib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xatırladaq ki, Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM