satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var

Qazaxıstanda aviabazada qəza olub, ölən və yaralanan var

Qazaxıstanın Taldıkorqan şəhərində aviabazada döyüş təyyarəsi uçuşa hazırlanan zaman qəza baş verib.

Naxçıvan televiziyası Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Taldıkorqan aviabazasında döyüş təyyarəsi uçuşa hazırlaşarkən döyüş sursatı yerə düşüb. Nəticədə 2 hərbçi yaralanıb, onlardan biri aldığı xəsarətlərdən ölüb, digərinə isə lazımi tibbi yardım göstərilir", - məlumatda qeyd edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM