satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbi komissar 23 min dollar rüşvət aldığı üçün həbs olunub

Ermənistanda hərbi komissar 23 min dollar rüşvət aldığı üçün həbs olunub

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahının Zəngəzur ərazi idarəsinin rəisi S.D. çağırışçını hərbi xidmətdən yayındırmaq üçün 23 min dollar rüşvət alıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, İrəvan şəhər sakini G.X. 2023-cü ilin yayında oğlunu ağır xəstəlik səbəbilə hərbi xidmətdən yayındırmaq məqsədi ilə hərbi komissara müraciət edib. Çağırışçını yararsız çıxarmaq üçün qeydiyyatını Gorus rayonundan Zəngəzura dəyişiblər. Məmur və çağırışçının atası saxlanılıb. Onlara qarşı ittiham irəli sürüldükdən sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM