satellite   Azerspace-1: 11135 H 30000

Blinken Konqresi Ukraynaya 24 milyard dollar ayırmağa çağırıb

Blinken Konqresi Ukraynaya 24 milyard dollar ayırmağa çağırıb

ABŞ dövlət katibi Entoni Blinken Konqresi Ukraynaya əlavə yardım üçün 24 milyard dollar ayırmağa çağırıb.

Bu barədə Naxçıvan televiziyası “CNN”ə istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Ukraynaya hərbi, iqtisadi və humanitar sahələrdə dəstəyi davam etdirmək üçün Konqresdən 24,1 milyard dollar istəyib.

Blinken qeyd edib ki, ABŞ onlarla başqa ölkə ilə birlikdə ədalətli sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM